00:40 20-09-2020
news_image
80
FUTBOL

Florensiyada 1 qol – “Roma” xal itkisi ilə başladı

İtaliya A seriyasında 2020/21 mövsümünə start verilib.

Apasport.az saytının məlumatına görə, mövsümün və I turun açılış oyunu Florensiyada keçirilib.

Doğma arenasında “Torino”nu qəbul edən “Fiorentina” ikinci hissədə vurduğu yeganə qolla aktivinə 3 xal yazdırıb. Mövsümün ilk qolunun müəllifi Qaetano Kastrovilli olub.

Günün digər qarşılaşmasında “Roma” Verona səfərində eyniadlı komanda ilə qolsuz bərabərə qalıb.

Tur sabah baş tutacaq 4 oyunla davam edəcək.

İtaliya A seriyası
I tur
19 sentyabr
“Fiorentina” – “Torino” – 1:0

Kastrovilli, 78
“Verona” – “Roma” – 0:0