12:07 20-09-2020
news_image
456
FUTBOL

“Barselona” Vidalı satdı – 1 milyon avroya

“Barselona”nın yarımmüdafiçisi Arturo Vidalın yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Çili millisinin üzvü yenidən İtaliyada çıxış edəcək.

33 yaşlı orta sahə oyunçusunun “İnter”ə keçidi həll olunub. Klublar arasındakı razılığa əsasən, “neradzurra” qarşı tərəfə 1 milyon avro ödəyəcək. Futbolçu özü sabah Milana yollanaraq yeni komandasında tibbi müayinədən keçdikdən sonra 2+1 illik müqavilə imzalayacaq. Vidalın “İnter”də illik məvacibi 6 milyon avro olacaq.

Qeyd edək ki, 2011-2015-ci illərdə İtaliyada “Yuventus”un formasını geyinən Arturo Vidal 2018-ci ildən “Barselona”da çıxış edib.