12:54 20-09-2020
news_image
165
FUTBOL

Millimizlə ilk oyunu buraxan futbolçu hazırdır – Bakıdakı matça

Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kipr yığmasının futbolçusu Aleks Qoqiç sağalıb.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı mərkəz müdafiəçisi koronavirusdan tam sağalıb.

Virusa yoluxduğu üçün bu ay Monteneqro (0:2) və Azərbaycanla (0:1) matçları buraxan Şotlandiyanın “Hibernian” klubunun futbolçusu hazırda baş məşqçinin ixtiyarındadır. Qoqiç açıqlamasında oktyabrda Lüksemburq və Azərbaycan yığmalarına qarşı səfərdə keçiriləcək növbəti görüşlərdə iştirak edə biləcəyini söyləyib.

Qeyd edək ki, oktyabrın 10-da Lüksemburqun qonağı olacaq Kipr üç gün sonra Bakıda millimizlə qarşılaşacaq.