13:16 20-09-2020
news_image
156
FUTBOL

Mourinyonun istədiyi futbolçu – “Mançester Yunayted”də

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Cessi Linqard karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Tottenhem”in baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçini komandasında görmək istəyir.

Mançester təmsilçisi Linqardın transferində 30 milyon funt-sterlinq qazanmağı planlaşdırır. Cessi 2011-ci ildən klubun əsas komandasının üzvüdür.

Qeyd edək ki, Linqard ötən mövsüm 22 oyunda 1 qol vurub.