17:30 20-09-2020
news_image
179
FUTBOL

Final matçının vaxtı açıqlandı - Azərbaycan kubokunda

Azərbaycan kubokunun 2020/21 mövsümünün final matçının tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşma gələn il mayın 28-də baş tutacaq.

Əvvəlcə bu il dekabrın 24-də 1/8 final baş tutacaq. Gələn il fevralın 1-2 və 6-7-də 1/4 final görüşləri keçiriləcək. Yarımfinalın ilk duelləri 21 aprelə, cavab görüşləri isə 29 aprelə təsadüf edəcək.

Kubokun qalibi mayın 28-də keçiriləcək final matçında bəlli olacaq.