
02:10
İngiltərə Premyer Liqasında qeyri-adi hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, “Tottenhem”in futbolçuları Harri Keyn və Son Xın Min unikal göstəriciyə imza atıb.
Onlar II turun “Sauthempton”la qarşılaşmasında 5:2 hesablı qələbəyə 4 qolla töhfə verib. Məsələ ondadır ki, Keyn bu matçda hesabına 4 assist yazıb. Onun bütün məhsuldar ötürmələrini də koreyalı qapayıb.
Bu, ilk belə hadisədir ki, eyni futbolçu bir matç ərzində eyni oyunçuya 4 qol ötürməsi verir.