20:21 20-09-2020
news_image
119
FUTBOL

“Ondan daha hazırlıqlı olanlar var idi” – Visente Qomes

“Oyundan razı qaldım. Birinci hissədə qol imkanlarımız oldu, rəqibə də şans yaratmadıq. İkinci yarıda "Zirə" matça bir az nəzarət etdi. Əsas odur ki, qələbə qazana bildik”.

Apasport.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının III turunda “Zirə” ilə oyun barədə danışarkən deyib.

Komandasının səfərdə 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında ispaniyalı mütəxəssis yetirmələrindən razılıqla danışıb: “İki fərli hissə izlədik. İlk yarıda yaxşı oynadıq, ikinci hissədə əziyyət çəkən tərəf biz olduq. Fikrimcə, daha çox çalışsaq, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik".

Qomes müdafiəçi Təmkin Xəlilzadənin ehtiyatdan meydana daxil olmasına da aydınlıq gətirib: "Oyunçuların bir həftə ərzində hazırlıqlarına baxaraq qərar verirəm. Ondan daha hazırlıqlı olanlar var idi. Mənim üçün ehtiyat oyunçular skamyasında olanlar da önəmlidir". (sport24.az)