20:25 20-09-2020
news_image
133
FUTBOL

İlk məğlubiyyət şərhi – Rəşad Sadıqovun

“Hakimlikdən narazı qaldığımı deyə bilmərəm. Oyunun içində emosiyalar olur. Mübahisəli epizodlarla bağlı icmala baxandan sonra fikir bildirmək daha yaxşı olardı".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının III turunda “Sabah”la keçirilən oyun haqda danışarkən deyib.

Mətbuat konfransında komandasının evdə 0:2 hesabı ilə məğlub olduğu matçı dəyərləndirən çalışdırıcı çox səhvlərə yol verdiklərini söyləyib: "Futbol səhv oyunudur. Kim daha çox səhv etsə, qarşı tərəf qələbə qazanacaq. Bu gün “Sabah” səhvlərdən daha çox istifadə etdi. Öz səhvimizdən birinci qolu buraxdıq. Hücumlarımız alınırdı, amma rəqib bizi əks-hücumlarda yaxaladı. Bu gün uduzduq, bu, yenə baş verə bilər. Məğlubiyyət qaçılmazdır. Əsas odur ki, düzgün nəticə çıxarmağa çalışaq".

38 yaşlı mütəxəssis mövsümdə ilk dəfə məğlub olduqları matçdan əvvəl hücumda dəyişikliklər etmək istədiklərini vurğulayıb: “100 faizlik şanslardan yararlana bilmədik. Hiss edirdik ki, Davit Volkovu hücuma keçirəndə qol imkanları daha çox olacaq, belə də oldu. Bir neçə şans yarandı. Amma yararlana bilmədik".

Sadıqov zədəli olan Ağabala Ramazanovun artıq məşqlərə başladığını, V tura hazır olacağını deyib. (sport24.az)