21:52 20-09-2020
news_image
99
FUTBOL

“Bayer” heç-heçə ilə başladı - Bundesliqaya

Almaniya Bundesliqasında I tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki qarşılaşma keçirilib.

“Leypsiq” öz meydanında “Mayns”ı qəbul edib. Məhsuldar keçən görüşdə meydan sahibləri üç xala sevinib.

Tura “Volfsburq”la “Bayer” arasındakı matçla yekun vurulub. Bu qarşılaşmada qol qeydə alınmayıb.

Qeyd edək ki, II turun oyunları sentyabrın 25-27-də keçiriləcək.

Almaniya Bundesliqası
I tur
20 sentyabr
“Leypsiq” – “Mayns” – 3:1

Forsberq, 17 (pen.), Poulsen, 21, Haydara, 51 – Mateta, 48
“Volfsburq” – “Bayer” – 0:0