00:37 21-09-2020
news_image
103
FUTBOL

A seriyasına 3 qolla başladı – “Yuventus”

İtaliya A seriyasında I turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 görüş keçirilib.

“Napoli” ikinci hissədə vurduğu qollar sayəsində Parmadan 3 xalla dönübsə, “Cenoa” “Krotone”ni böyük hesabla üstələyib.

Son çempion “Yuventus” yeni mövsümdəki ilk matçında öz meydanında “Sampdoriya”nı böyük hesabla məğlub edib.

Turun “Milan” – “Bolonya” görüşü sentyabrın 21-də keçiriləcək.

İtaliya A seriyası
I tur
20 sentyabr
“Parma” – “Napoli” – 0:2

Mertens, 63, İnsinye, 77
“Cenoa” – “Krotone” – 4:1
Destro, 6, Pandev, 9, Zappakosta, 34, Pyaça, 75 – Rivyere, 28
“Sassuolo” – “Kalyari” – 1:1
Burabia, 87 – Simeone, 77
“Yuventus” – “Sampdoriya” – 3:0
Kuluşevski, 13, Bonuççi, 79, Ronaldo, 89