09:15 21-09-2020
news_image
67
FUTBOL

"Qarabağ”dan daha istəkli idik” - Vojislav Stankoviç

"Vaxt azlığına baxmayaraq bu oyuna yaxşı hazırlaşmışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin müdafiəçisi Vojislav Stankoviç Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ”la oyun barədə danışarkən deyib.

Komandasının 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada rəqibin qapısından ilk topu keçirən serbiyalı futbolçu klubun rəsmi saytına açıqlamasında sevincini gizlətməyib: “Təbii ki, "Qalatasaray”la matçdan sonra psixoloji tərəfdən özümüzü toparlamaq ən vacib məsələ idi. Şadam ki, həm bunu bacarıb qələbə qazandıq, həm də qol vurdum. Mənə elə gəlir ki, biz "Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik. Ümid edirəm, bu qələbədən sonra qarşıdakı matçlarda daha gözəl oyun nümayiş etdirib vəziyyətimizi daha da yaxşılaşdıracağıq”.

Qeyd edək ki, 3 turdan sonra aktivində 6 xal olan “Neftçi” liderliyi bölüşür.