10:52 21-09-2020
news_image
100
FUTBOL

Vidadi Rzayevin atası vəfat etdi

“Kəpəz”in əsas komandasının məşqçisi Vidadi Rzayevə ağır itki üz verib. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mütəxəssisin atası Vaqif Rzayev dünyasını dəyişib.

“Kəpəz” kollektivi bununla əlaqədar Vidadi Rzayevə başsağlığı verib.

Qeyd edək ki, bir müddət əvvəl veteran futbolçunun qardaşı Ayaz Rzayev də vəfat edib.

Allah rəhmət eləsin!