11:40 21-09-2020
news_image
228
FUTBOL

Komanda sayı və başlama tarixi açıqlandı - I Divizionda

Azərbaycan çempionatının I Divizionunda 2020/21 mövsümünün komanda sayı və yarışın başlama vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası yarışda 10 komandanın mübarizə aparacağını açıqlayıb.

I Divizionda mübarizəyə oktyabrın 1-də start veriləcək. 3 dövrə keçiriləcək turnirdə 5 klub və 5 əvəzedici komanda qüvvəsini sınayacaq.

Bunlar “Turan Tovuz”, “Zaqatala”, “Sabah-2”, “Neftçi-2”, “Kəpəz”, “Keşlə-2”, “Sumqayıt-2”, “Qarabağ-2”,  MOİK və “Qaradağ Lökbatan”dır. 

Yarışın püşkatma mərasimi sentyabrın 24-də keçiriləcək. Saat 15:00-da başlayacaq tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq. Azərbaycanda davam edən karantin rejimi ilə əlaqədar olaraq klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.