13:14 21-09-2020
news_image
98
FUTBOL

“Roma” hücum xəttində görmək istəyir - Yoviçi

İspaniyanın “Real” klubunun futbolçusu Luka Yoviç karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu axtarışında olan “Roma” forvardın xidmətində maraqlıdır.

“Napoli”nin oyunçusu Arkadiuş Miliki transfer etməkdə çətinliklə üzləşən “canavarlar” ona alternativ tapıb. Klub rəhbərliyi artıq Luka ilə bağlı danışıqlara start verib.

“Real” rəhbərliyi də futbolçunu satmağa razıdır. Çünki transferi uğursuz sayılan Yoviç ümidləri doğrulda bilməyib.