14:00 21-09-2020
news_image
112
FUTBOL

Koronavirus testi pozitiv çıxdı - “Fənərbaxça”dan alınan futbolçunun

İtaliyanın “Latsio” klubunun yeni transferi Vedat Muriqi koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Kosovo mətbuatı məlumat yayıb.

Roma təmsilçisi xəbəri hələlik təsdiqləməsə də, kosovolular milli komandanın hücumçusundan götürülən testin nəticəsinin pozitiv çıxdığını iddia ediblər.

Qeyd edək ki, Vedat Muriqi bir neçə gün əvvəl Türkiyə klubu “Fənərbaxça”dan “Latsio”ya keçib.