14:13 21-09-2020
news_image

Millinin baş məşqçisi təyin olundu – Namiq Abdullayev

Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar reallaşıb.

Apasport.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti əvəzi Namiq Əliyev keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə, olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. Abdullayevdən əvvəl sərbəst güləş üzrə yığmaya Zəlimxan Hüseynov rəhbərlik edib.

Qurumun prezident əvəzi yunan-Roma güləşinin çalışdırıcısı Aleksandr Tarakanovla isə yola davam edəcəklərini açıqlayıb.