15:00 21-09-2020
news_image
105
FUTBOL

Öz yetirməsini 18 milyona alır – “Barselona”

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erik Qarsiya İspaniyaya qayıdacaq.

Apasport.az saytının məlumatına görə, “Barselona” 19 yaşlı müdafiəçinin transferini razılaşdırıb.

Bu keçid 18 milyon avroya başa gələcək. O, Jerar Pike, Kleman Lanqle və Ronald Arauxo ilə birlikdə “Barselona”nın mərkəz müdafiəçilərindən ibarət “dördlüy”ünü formalaşdıracaq.

Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Bu, mançesterlilərin yeni müdafiəçi ilə güclənməsindən sonra gerçəkləşəcək.

Qeyd edək ki, Qarsiya “Barselona” akademiyasının yetirməsidir. O, 2017-ci ildə Premyer Liqa klubuna keçib.