16:16 21-09-2020
news_image
209
FUTBOL

Uruqvaylı qapıçını icarəyə götürdü - "Sabah"

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, uruqvaylı qapıçı Alvaro Villete bundan sonra bakılıların uğurları üçün çalışacaq.

29 yaşlı qolkiper Kolumbiyanın “Patriotas” klubundan birillik icarəyə götürülüb. Alvaro son mövsümdə “Patriotas”ın heyətində 8 oyunda meydana çıxıb.

Qeyd edək ki, buna qədər "Sabah" Amin Seydiyev, Samir Məhərrəmli, Slavik Alxasov, Nicat Mehbalıyev, Aleksey İsayev, Camal Cəfərov və Nikola Vuyadinoviçi heyətinə qatıb.