16:32 21-09-2020
news_image
137
FUTBOL

“Yuventus” geri qaytarır – Moratanı

İtaliyanın “Yuventus” klubu sabiq futbolçusu Alvaro Moratanı heyətinə qaytarmaqda israrlıdır.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi hücumçunun çıxış etdiyi İspaniya “Atletiko”su ilə danışıqlar aparır.

A seriyası təmsilçisi Moratanı sonradan 45 milyona transfer etmək hüququ ilə 10 milyon avroya icarəyə götürmək istəyir. “Atletiko” rəhbərliyi bu variantı nəzərdən keçirir. Madridlilər Luis Suaresin “Barselona”dan gələcəyi halda Alvaroya ehtiyac görməyəcək.

Qeyd edək ki, Morata 2014-16-cı illərdə “Yuventus”da oynayıb.