18:03 21-09-2020
news_image
144
FUTBOL

Millidən getdi – yeni transfer

Xorvatiya millisinin futbolçusu İvan Rakitiç yığma karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu balkan təmsilçisinin rəsmi tvitter səhifəsi açıqlayıb.

Bildirilir ki, bu qərarı 32 yaşlı yarımmüdafiəçi özü verib. Bu yay “Barselona”dan “Sevilya”ya transfer olunan Rakltiç yığmadan da getməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, 2007-ci ildən Xorvatiya millisində oynayan İvan 106 matçda 15 qol vurub. O, DÇ-2018-in gümüş mükafatçısıdır.