23:21 21-09-2020
news_image
96
FUTBOL

PSJ pusquda gözləyir - Xediranı

İtaliyanın “Yuventus” klubunun futbolçusu Sami Xediranın karyerasını davam etdirə biləcəyi komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi PSJ almaniyalı yarımmüdfiəçinin xidmətində maraqlıdır.

Paris təmsilçisinin idman direktoru Leonardo Xedira hesabına orta sahənin gücləndirilməsini istəyir. Almaniyalı baş məşqçi Tomas Tuxel də həmyerlisini sərəncamında görməyin əleyhinə deyil.

Lakin fransalılar transferlə bağlı danışıqlara başlamağa tələsmir. Onlar müqaviləsinə xitam verilməsi gözlənilən oyunçunu azad agent kimi heyətə qatmaq imkanından yararlanmağı planlaşdırır.