23:45 21-09-2020
news_image
109
FUTBOL

Abramoviç “Çelsi”yə qarşı oynaya bilən futbolçuları alıb - ittiham

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç FİFA qaydalarını pozmaqda ittiham olunur.

Apasport.az saytının məlumatına görə, sahibkar ona məxsus olan şirkətin “Çelsi”də oynamayan futbolçuların hüquqlarına yiyələnməsində günahlandırılır.

Bildirilir ki, Abramoviçin “Leiston Holdings” şirkəti London təmsilçisinə qarşı oynaya biləcək bəzi futbolçuların transfer hüquqlarını alıb. İngiltərə Futbol Assosiasiyası və FİFA qaydalara zidd olan bu qalmaqalı araşdırmalıdır.

Qeyd edək ki, “Çelsi”dən transfer qadağası bu ilin yanvarında götürülüb. Klub gənc futbolçuların qeydiyyatındakı qayda pozuntularına görə FİFA tərəfindən cəzalanmışdı.