00:52 23-09-2020
news_image
198
FUTBOL

"Krasnodar" evdə, "Zalsburq" səfərdə qalib gəldi - YENİLƏNİB

Çempionlar Liqasında pley-off mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, bu gün üç cütdə ilk görüşlər baş tutub.

“Krasnodar” öz meydanında PAOK üzərində minimal fərqlə qalib gəlib. Rusiya klubundan fərqli olaraq, Təl-Əviv “Makkabi”si İsraildə “Zalsburq”a eyni hesabla məğlub olub. “Slaviya” ilə “Midtülland” arasında Çexiyada keçirilən qarşılaşmada isə qolsuz bərabərlik qeydə alınıb.

Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Əvvəlki mərhələlər bir qarşılaşmadan ibarət idisə, bu dəfə rəqiblər ardıcıl iki həftə ərzində üz-üzə gələcək. Cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.

Çempionlar Liqası
Pley-off, ilk oyunlar
22 sentyabr 

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) - 2:1
Klaesson, 39 (pen.), Kabelya, 70 - Pelkas, 32
23:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya) - 1:2
Biton, 9 - Şoboşlay, 49 (pen.), Okuqava, 57
23:00. “Slaviya” (Çexiya) - “Midtülland” (Danimarka) - 0:0