01:08 22-09-2020
news_image
151
FUTBOL

Mövsümə qələbə ilə başladı – “Mançester Siti”

İngiltərə Premyer Liqasında II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə 2 oyun keçirilib.

“Aston Villa” və “Mançester Siti” yeni mövsümdə ilk matçlarına çıxıblar. Birincilər öz meydanında “Şeffild Yunayted”i üstələyib.

Çempionluğu hədəfləyən “Mançester Siti” isə iddialı heyətə malik “Vulverhempton”un qonağı olub. “Şəhərlilər” çətin səfərdə 3 xalı 3 qolla qazanıb.

Qeyd edək ki, Premyer Liqada III turun görüşləri 26-28 sentyabrda keçiriləcək.

İngiltərə Premyer Liqası
II tur
21 sentyabr
“Aston Villa” – “Şeffild Yunayted” – 1:0

Konsa, 63
“Vulverhempton” – “Mançester Siti” – 1:3
Ximenes, 78 – De Bruyne, 20, Foden, 32, Qabriel Jezuş, 90+5