10:40 22-09-2020
news_image
127
FUTBOL

“Neftçi”yə qarşı oyunu milliyə yolunu açdı – “Qalatasaray”ın futbolçusunun

“Qalatasaray”ın futbolçusu Taylan Antalyalı ilk dəfə Türkiyə millisinin formasını geyinməyə hazırlaşır.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı dayaq yarımmüdafiəçisinin oktyabrda yığmaya çağırılması gözlənilir.

Yeni transfer reallaşmadığından baş məşqçi Fatih Terimin məcburiyyətdən oynatdığı Taylan Super Liqada “Qaziantep”, “Başakşəhər” və Avropa Liqasında “Neftçi” ilə görüşlərdə əla təsir bağışlayaraq yığmanın çalışdırıcısı Şenol Günəşin diqqətini çəkib. Təcrübəli mütəxəssis oktyabrın 11-də Millətlər Liqasında Rusiya ilə keçiriləcək görüş üçün Taylana da dəvət göndərməyi planlaşdırır.

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində Bakı Olimpiya Stadionunda “Neftçi” ilə qarşılaşan “Qalatasaray” 3:1 hesablı qələbə qazanaraq, növbəti raunda yüksəlib.