11:31 22-09-2020
news_image
99
FUTBOL

Fransaya qalib gəldi – millimizin rəqibi

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Moldova yığması növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

Apasport.az saytının məlumatına görə, Vladimir Vusatoqonun kollektivi Fransa ilə qarşılaşıb.

Bir gün əvvəl rəqibinə 1:10 hesabı ilə uduzan moldovalılar ikinci matçda 3:2 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, AVRO-2022-nin seçmə mərhələsində Moldova yığması qrupda Azərbaycan, Slovakiya, həmçinin Türkiyə - Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq.