11:36 22-09-2020
news_image
141
FUTBOL

Baş məşqçi dəyişikliyi - "Qarabağ"ın potensial rəqibində

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi “Legiya”da baş məşqçi dəyişikliyi reallaşıb. 

Apasport.az-ın Polşa klubunun rəsmi saytına istinadən məlumatına görə, Varşava təmsilçisi serbiyalı Aleksandr Vukoviçlə yollarını ayırıb. 

Onu bu postda Polşanın U-21 yığmasının çalışdırıcısı Çeslav Mixneviç əvəz edib. Mixneviç müqaviləsinin bitəcəyi noyabradək yığmadakı vəzifəsində də qalacaq. 

Qeyd edək ki, Çeslav Mixneviç 2017-ci ilin iyulundan U-21 yığmasını çalışdırır.