12:32 22-09-2020
news_image
115
FUTBOL

“Səbail”də məndən bunun səbəbini soruşurlar” - Hagen

“Mənim transferimdən sonra “Səbail”in sosial şəbəkədə izləyici sayının artması qvatemalalıların birliyindən xəbər verir”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in bu yay heyətinə cəlb etdiyi Nikolas Hagen deyib.

Qvatemala millisinin üzvü ölkəsinin mətbuatına açıqlamasında həmyerlilərinin “Səbail”in feysbuk səhifəsini müntəzəm izləməsinə sevindiyini söyləyib: “Açığı, “Səbail”də məndən bunun səbəbini soruşurlar. Onlara bu məsələdə birlik nümayiş etdirdiyimizi, coşğulu futbol fanatlarımızın olduğunu söylədim. Mən də azarkeşlərimizə təşəkkürümü bildirirəm. Onların dəstəyi Qvatemalanı yaxşı təmsil etməyim üçün mənə stimul verir”.

Qeyd edək ki, Nikolas Hagen “Səbail”ə ölkəsinin “Munisipial” klubundan keçib.