12:54 22-09-2020
news_image
204
FUTBOL

“Baş məşqçini Avropa Liqasına görə dəyişdik” – “Legiya”nın prezidenti

“Vukoviç bu komandanı çempion edən mütəxəssisdir və çətin anlarda ona etibar edə biləcəyimizi anladıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın prezidenti Dariuş Mioduski baş məşqçi dəyişikliyinə münasibət bildirərkən deyib.

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi Aleksandr Vukoviçlə yollarını ayıraraq baş məşqçi postuna Çeslav Mixneviçi gətirib. Mioduski bu dəyişikliyi avrokuboka görə etdiklərini söyləyib: “Legiya”nın Avropa Liqasında uğurlu çıxış etməsi üçün baş məşqçi dəyişikliyi qaçılmaz idi. Yeni çalışdırıcının komandanın daha sürətli inkişafına təkan verəcəyini düşünürük. Avropa Liqasında qrupa düşmək yolunda həlledici matçlarda bizə çox köməyi dəyəcək”.

Qeyd edək ki, “Legiya” Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo) ilə qarşılaşacaq. Sentyabrın 24-dəki matçda qalib gələn komanda pley-offda “Qarabağ”a rəqib olacaq.