14:14 22-09-2020
news_image
124
FUTBOL

“Barselona”dan biri də getdi – “Vilyarreal”a

İspaniyanın “Barselona” klubunun daha bir futbolçusu komandanı tərk edib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Xorxe Kuenka “Vilyarreal”a keçib.

20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Vilyarreal”ın Kuenka üçün “Barselona”ya ödədiyi transfer məbləği açıqlanmır.

Qeyd edək ki, bunadək Arturo Vidal, Artur Ramos və Luis Suares də daxil olmaqla bir neçə futbolçu bu yay “Barselona”dan ayrılıb.