
21:59
“Uzun müddət ağır zədəm var idi. Artıq “Səbail”dəyəm”.
Apasport.az saytının məlumatına görə, bunu APA TV-nin “Günün yarısı” verilişinə açıqlamasında “Səbail”in qapıçısı Kamran Ağayev deyib.
Azərbaycan millisinin sabiq qolkiperi uzun fasilədən sonra futbola qayıdışından danışıb. Kamran bildirib ki, əvvəlki formasını bərpa etməsə, karyerasını bitirəcək: “Müqavilə bağlayanda baş məşqçimizə dedim ki, əvvəlki formamı bərpa etməsəm, heç vaxt qapıda durmayacağam. Bu gün bu çəkidə də oynaya bilərəm. Amma bu oynamaq yox, sürünməkdir. Formaya düşməsəm, karyeramı bitirəcəyəm”.