15:11 22-09-2020
news_image
128
FUTBOL

Dele Allinin qiyməti açıqlandı – 100 milyon

İngiltərənin “Tottenhem” klubu futbolçusu Dele Allini satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi yarımmüdafiəçi üçün müqaviləsində göstərilən məbləği istəyir.

London təmsilçisi futbolçunu yalnız 100 milyon funt sterlinq qarşılığında satacaq. Premyer Liqa təmsilçisi Dele Allinin icarə məsələsini də nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, yarımmüdafiəçi İtaliya “İnter”i və Fransa PSJ-sinin maraq dairəsindədir.