16:11 22-09-2020
news_image
132
FUTBOL

Yanğınsöndürənə görə "Sumqayıt"ı cərimələdi - AFFA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunun oyunlarında baş verən xoşagəlməz hadisələr müzakirə olunub.

Komitə qeydə alınanlarla bağlı müvafiq qərarlar verib. “Zirə” – “Sabah” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Keşlə” oyununda meydan sahiblərinin qırmızı vərəqə alan futbolçusu Nikolas Raysel 1 oyun cəzalanıb. “Qırmızı-qaralar” 200 manat cərimələnib. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Keşlə” 800 manat ziyana düşüb.

“Sumqayıt” – “Səbail” matçında oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu üzdən də meydan sahibi klub 400 manat cərimə olunub. Hər iki tərəfin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar hərəyə 800 manat ödəyəcək.