22:31 23-09-2020
news_image
186
FUTBOL

Kiprdə darmadağın – YENİLƏNİB

Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir matç keçirilib.

Günün yeganə qarşılaşması Kiprdə baş tutub. “Apollon” pley-offa vəsiqə uğrunda mübarizədə “Lex”lə görüşüb.

Polşa təmsilçisi səfərdəki matçda 5:0 hesabı ilə qalib gəlib. Darmadağının əsasını ilk yarının sonlarında qoyan qonaqlar fasilədən sonra 4 qol vurub.

“Lex”  növbəti mərhələdə “Şarlerua” (Belçika) – “Partizan” (Serbiya) matçının güclüsü ilə qarşılaşacaq. Bu oyun sabah baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasında mərhələnin digər oyunları sentyabrın 24-də keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi
23 sentyabr
Əsas yol 
20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa) – 0:5