17:50 22-09-2020
news_image
240
FUTBOL

Fransızlar üçün rekord məbləğ - “Çelsi”də yeni qapıçı

Fransanın “Renn” klubunun qapıçısı Eduard Mendi İngiltərə təmsilçisi “Çelsi”yə keçib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı londonluların baş məşqçisi Frenk Lempard verib.

Gənc mütəxəssis bildirib ki, Seneqal millisinin üzvünün keçidi həll olunub. 28 yaşlı qolkiper tezliklə İngiltərəyə yollanaraq yeni komandasında tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq. Bu keçid “Renn”ə 30 milyon avro qazandıracaq. Bununla Mendi Fransa klublarının satdığı ən bahalı qapıçı kimi tarixə düşəcək.

Qeyd edək ki, “Renn” Eduard Mendini 2019-cu ildə 4 milyon avro qarşılığında “Reyms”dən alıb.