22:51 22-09-2020
news_image
92
FUTBOL

“Bavariya”dan getdi - Martines

İspaniyalı futbolçu Xavi Martines Almaniya “Bavariya”sını tərk edib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi yeni klubu ilə bağlı variantları nəzərdən keçirir.

Martines İspaniya təmsilçiləri “Atletik”, “Real Sosyedad” və İtaliya “Fiorentina”sının maraq dairəsindədir. O, 8 il çıxış etdiyi Bundesliqa klubunda 8 dəfə çempionluq, 5 dəfə kubok sevinci yaşayıb. 

2012/13 və 2019/20 mövsümlərində Xavi Bundesliqa çempionluğu, ölkə kuboku və Çempionlar Liqasını qazanmaqla trebl müəllifi olub.