23:24 22-09-2020
news_image
160
FUTBOL

13-cü saniyədə əvəzetmə - qeyri-adi səbəbdən

Estoniya çempionatında qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, XXI turda “Levadiya” və “Nomme Kalyu” arasında keçirilən oyunun 13-cü saniyəsində əvəzetmə qeydə alınıb.

Qonaqlar start fitindən dərhal sonra topu bilərəkdən meydandan çıxarıb. Bunda məqsəd erkən əvəzetmə olub.

Hücumçu Lauri Suupun yerinə ukraynalı legioner Vladislav Xomutov çıxıb. Buna səbəb çempionatın əsasnaməsində olan bənddir. Belə ki, hər komanda start heyətində özünün iki yetirməsinə şans verməlidir. Bu limiti pozmamaq üçün Suup meydana çıxıb. Az sonra 16 yaşlı futbolçu əvəzlənib.

Qeyd edək ki, bu əvəzetmə də “Nomme Kalyu”ya kömək olmayıb və “Levadiya” 2:1 hesablı qələbə qazanıb.