00:06 23-09-2020
news_image
100
FUTBOL

“Atletiko”dan Bundesliqaya – kolumbiyalı müdafiəçi

İspaniyanın “Atletiko” klubunun futbolçusu Santyaqo Arias karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, kolumbiyalı müdafiəçi “Bayer”ə keçir.

Cənubi amerikalı artıq Leverkuzen təmsilçisi ilə anlaşıb. Klublar arasında danışıqlar isə yaxın günlərdə yekunlaşacaq.

Qeyd edək ki, Arias ötən mövsümdə La Liqada 14 oyun keçirib.