23:39 22-09-2020
news_image
121
FUTBOL

Çexiyadan səfər qələbəsi – millimizin qrupunda

Qadın futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı D qrupunda daha bir görüş baş tutub.

Birincilik uğrunda mübarizə aparan Polşa ilə Çexiya arasında keçirilən matçda qonaqlar üstün olub. Andrea Staskovanın 28-ci, Kamila Dubkovanın 70-ci dəqiqədə vurduğu qol sayəsində çexlər 2:0 hesablı qələbə qazanıblar. Bununla xal ehtiyatını 10-a çatdıran Çexiya lider İspaniyaya çatıb. Ancaq ispanlar rəqiblə müqayisədə bir oyun az keçirib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda keçirdiyi ilk 4 matçının hamısında məğlub olub.