01:15 23-09-2020
news_image
104
FUTBOL

“Bayer”dən ayrılır - “Lester” üçün

Almaniyanın “Bayer” klubunun müdafiəçisi Conatan Ta karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Lester”in maraq dairəsindədir.

Premyer Liqa klubu 24 yaşlı almaniyalını icarəyə götürmək niyyətindədir. Futbolçu “Lester”in nümayəndəsi Li Konqertonla əlaqə saxlayaraq getmək istəyini bildirib. Onlar eyni vaxtda “Hamburq”un uğurları üçün çalışıb.

Qeyd edək ki, Tanın müqaviləsindəki transfer qiyməti 40 milyon avrodur.