09:45 23-09-2020
news_image
115
FUTBOL

Semedo ilə vidalaşdı, yeni müdafiəçi gətirdi – “Barselona”

İspaniyanın “Barselona” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Nelson Semedo da karyerasını başqa komandada davam etdirəcək.

Portuqaliya millisinin üzvü sosial şəbəkə vasitəsilə kataloniyalılarla vidalaşıb. Semedonun yeni komandası İngiltərə təmsilçisi “Vulverhempton” olacaq. 27 yaşlı sağ cinah oyunçusu Premyer Liqa klubu ilə 5 illik müqavilə imzalayacaq. Onun keçidi 30 milyon avroya başa gəlib. İngilislər bonus olaraq daha 10 milyon avro xərcə düşə bilər.

“Barselona” Semedonun gedişi ilə müdafiənin sağ cinahında yaranan boşluğu artıq doldurub. La Liqa klubu Niderland “Ayaks”ının 20 yaşlı amerikalı oyunçusu Serjino Desti heyətinə qatıb. Bu transfer 25 milyon avroya başa gəlib. Futbolçunun çıxışına əsasən, amsterdamlılar daha 5 milyon avro qazana bilərlər.

Qeyd edək ki, Nelson Semedo “Barselona”ya 2017-ci ildə “Benfika”dan (Portuqaliya) keçib. Dest isə “Ayaks”ın yetirməsidir və 2019-cu ildən əsas komandada çıxış edir.