09:59 23-09-2020
news_image
146
FUTBOL

Koronavirusa yoluxma - Eddi İsrafilovun komandasında

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi İspaniya klubu “Albasete”də koronavirus pandemiyasına yoluxma halı aşkarlanıb. 

Apasport.az xəbər verir ki, bu barədə La Liqa2 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, əsas komandanın məşqçi korpusu, futbolçular və işçilər dünən koronavirus testindən keçib. Testin cavabı bu gün açıqlanıb və bir nəfərdə pozitiv çıxdığı müəyyənləşib. Adı açıqlanmayan həmin şəxs evində karantinə alınıb, vəziyyətinin yaxşı olduğu vurğulanıb.

Klub testin nəticələrini La Liqa rəhbərliyinə və səhiyyə orqanlarına göndərib.