10:16 23-09-2020
news_image
158
FUTBOL

“Qrasshoppers” yeni hücumçu aldı - Renat Dadaşova görə

İsveçrə klubu “Qrasshoppers” “Vulverhempton”un daha bir futbolçusunu icarəyə götürüb.

Apasport.az saytının məlumatına görə, aşağı liqa təmsilçisi bu dəfə hücumçu Leo Bonatinini heyətinə cəlb edib.

Bu yaxınlarda Premyer Liq klubundan Azərbaycan millisinin üzvü Renat Dadaşovu eyni şərtlərlə heyətinə qatan “Qrasshoppers”in Bonatini ilə anlaşmasında həmyerlimizin də rolu olub. Məsələ burasındadır ki, Renat məşq zamanı çarpaz bağından zədə aldığı üçün klub daha bir hücumçu gətirmək qərarını gəlib. Bonatini 2022-ci ilin yayına qədər icarəyə götürülüb.

Qeyd edək ki, Leo Bonatini 2017-ci ildən “Vulverhempton”da olsa da, müxtəlif klublarda icarəyə əsasında oynayıb.