11:00 23-09-2020
news_image

Açılışı oldu – güləş zalının

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılışı olub.

Apasport.az saytının məlumatına görə, zal əsaslı təmirdən sonra istifadəyə verilib.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev iştirak edib. Akademiyanın direktoru Fuad Hacıyev qonaqlara ətraflı məlumat verərək, onları yenidənqurma işləri ilə tanış edib.

Güləş zalında həmçinin uzun illər Akademiyada fəaliyyət göstərən professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.