11:25 23-09-2020
news_image
223
FUTBOL

Araz Abdullayevdən danışdı – “Boluspor”un baş məşqçisi

“İki həftədir göstərilən oyundan məmnun deyiləm”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə klubu “Boluspor”un baş məşqçisi Ahmet Taşyürek deyib.

TFF I liqa təmsilçisinin çalışdırıcısı yeni yığılmış heyətə malik olduqlarını və zamanla daha güclü olacaqlarını söyləyib. O, heyətə yenicə cəlb edilən Azərbaycan millisinin üzvü Araz Abdullayevin də durumundan söz açıb: “Ötən oyunla müqayisədə bu dəfə 5 dəyişiklik etmişdik. Bəzi oyunçular uzun fasilədən sonra meydana ayaq basdılar. Araz Abdullayev həftəiçi kollektivə qoşuldu və dərhal oyuna çıxdı. Həm o, həm də digərləri hələ tam hazır deyil. Fiziki və uyğunlaşma baxımdan çatışmazlıqlarımız var”.

Qeyd edək ki, ilk iki turda aktivinə cəmi 1 xal yazdıran “Boluspor” III turda sentyabrın 28-də “Altınordu”nu qəbul edəcək.