12:06 23-09-2020
news_image
301
DİGƏR NÖVLƏR

15-dən çox komanda qeydiyyatdan keçib - Bakıdakı turnir üçün

“Noyabrda Azərbaycan Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə beynəlxalq Qran-Pri turniri Azərbaycanda keçirilməlidir”.

Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, noyabrın 14-də keçirilməsi nəzərdə tutulan turnirin baş tutması üçün əllərindən gələni edirlər: “15 ölkədən artıq komanda qeydiyyatdan keçib. Həmin vaxta qədər ümumi vəziyyətə baxacağıq. Proqramımız qəbul olunsa, həmin turnir Azərbaycanda keçiriləcək.