13:24 23-09-2020
news_image
102
FUTBOL

“Real”ın yetirməsini alır – Premyer Liqa klubu

İspaniyanın “Real Sosyedad” klubunun futbolçusu Dieqo Lorente karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Lids”ə keçməyə yaxındır.

Futbolçunun transferi ilə bağlı iki klub arasında ilkin razılıq əldə edilib. Madrid “Real”ının yetirməsi olan mərkəz müdafiəçisi 2017-ci ildən indiki klubunda çıxış edir.

Qeyd edək ki, “Real Sosyedad”ın 7 milyon avroya aldığı futbolçu üç il ərzində 88 matçda 8 qol vurub.