14:30 23-09-2020
news_image
247
FUTBOL

Mövsümün futbolçusu adına namizədləri açıqladı - UEFA

2019/20 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA hər il təqdim etdiyi mükafata üç namizədi müəyyənləşdirib.

Bunlar “Bavariya” ilə Çempionlar Liqasının qalibi olan Manuel Noyer və Robert Levandovski, həmçinin “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruynedir.

Qadınlarda isə  namizədlər siyahısında Pernil Harder ("Volfsburq"), Lusi Bronz və Vendi Renar (hər ikisi "Lion") yer alıb.

Qeyd edək ki, mükafatın sahibi oktyabrın 1-də keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında açıqlanacaq.