16:15 23-09-2020
news_image

Çempionluq kəmərini qorumaq üçün döyüşəcək - azərbaycanlı idmançı

“Qəbələ” klubunun idmançısı Nəriman Abbasov "Fight Nights Global"da yüngül çəkidə çempionluq kəmərini qorumaq üçün döyüşəcək.

Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, azərbaycanlı döyüşçü rusiyalı Mixail Qoqitidze ilə qarşılaşacaq.

Sentyabrın 25-də baş tutacaq görüş saat 18:00-da start götürəcək.