17:21 23-09-2020
news_image
141
FUTBOL

“Mançester Yunayted”in hədəfində - “Çelsi” və “Arsenal”dan sonra

Niderlandın “Ayaks” klubunun futbolçusu Nikolas Talyafiko karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Mançester Yunayted”ə keçə bilər.

Premyer Liqa təmsilçisinin məşqçilər korpusu Talyafikonu Alesk Tellesə alternativ kimi görür. Onun müqavilədəki transfer qiyməti 23 milyon avro təşkil edir.

Qeyd edək ki, Nikolas “Çelsi” və “Arsenal”ın da maraq dairəsində olub.